İnsan haqları üzrə Avropa Komissarı Leyla Yunusun həbsini pisləyib

Avropa Şurasının İnsan Haqları üzrə Komissarı Nils Mujnieks məşhur hüquq müdafiəçisi Leyla Yunusun həbsini pisləyib. O, öz twitter səhifəsində yazıb: “Leyla Yunusun həbsi Azərbaycanda insan haqlarının vəziyyətinin çətin olmasının göstəricisidir. Mən hökuməti insan haqqları sahəsində götürdükləri öhdəliklərə hörmət etməyə çağırıram”.